DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub

04.06.2023

İyunun 4-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

04.06.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub 04.06.2023
  • Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri Y.Cavadov və V.Verdizadə saxlanılıblar 04.06.2023
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Honda” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sədərək rayon sakini V.Məmmədov avtomobillə saxlanılıb 04.06.2023
  • Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 04.06.2023
  • Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bir nəfərin çantasından pulunu oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini E.Namazov saxlanılıb 04.06.2023
  • Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə qəsəbə sakini N.Səlimova vurulub 04.06.2023
  • Abşeron rayonunun Qobu qəsəbə sakini Q.Mahmudov idarə etdiyi avtomobillə qonşusu olan azyaşlını vurub 04.06.2023
  • Goranboy rayonunun Boluslu kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini N.Bəylərov vurulub 04.06.2023