DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakıda 35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb

09.05.2023

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əskinasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə buraxmaq üçün əldə etdiyini bildirib. 
Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Nizami Quliyev barəsində cinayət işi başlanılıb, əməliyyat-istintq tədbirləri davam etdirilir. 
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə paytaxt ərazisində moped oğurluğu ilə məşğul olan Şamil Şıxəliyev və Pərviz Qasımov saxlanılıblar. Onların Bakının müxtəlif ünvanlarında 4 ədəd mopedi sutkanın qaranlıq saatlarında oğurladıqları və pul müqabilində satıqları müəyyən edilib. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=-XB0-Qpwl3A

 

 

09.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 09.05.2023
  • 12 kiloqrama yaxın marixuana, 303 ədəd güclü təsiredici xassəyə malik həb və 395 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 09.05.2023
  • Bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini C.Abdullazadə saxlanılıb 09.05.2023
  • Saatlı rayonunun Şirinbəy kənd sakini X.Hüseynovun həyətindən çətənə kolları aşkar edilərək götürülüb 09.05.2023
  • Lənkəran rayon sakinləri N.Cəfərovun və F.Hüseynovun yaşadıqları evlərdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb 09.05.2023
  • Yevlax şəhəri ərazisində bir nəfərin özünü Kür çayı üzərindəki körpüdən çaya atmaq cəhdinin qarşısı alınıb 09.05.2023
  • Ucar rayonunun Bərgüşad kəndi ərazisində “Ford” markalı avtomobillə yolu keçən rayon sakini Ş.Əliyev vurulub 09.05.2023
  • Bakıda 35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb 09.05.2023