Şirvan şəhər sakini olan bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
08.05.2023Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından 1743 manatını oğurlamaqda şübhəli bilinən Zaqatala şəhər sakinləri Ə.Bəşirov və R.Sulxayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.