DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə və 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini N.Cavadov saxlanılıb

06.05.2023

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobildən bank kartları və sənəd olan cüzdan, bir həyətyanı sahədən su nasosu, Xırdalan şəhəri ərazisindəki bir mağazadan qızıl qolbaq və mobil telefon oğurlamaqda, həmçinin 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini N.Cavadov saxlanılıb. 
Araşdırmalarla onun daha bir evdən və bir marketdən oğurluq etməsi, 8 nəfəri isə aldadıb dələduzluq yolu ilə pullarını alması da müəyyən olunub.

06.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 06.05.2023
  • Abşeron rayonunun Novxanı qəsəbəsindəki evlərin birində həyat yoldaşı T.Gündüzü münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən M.Gündüz tutularaq istintaqa təhvil verilib 06.05.2023
  • Metronun “Ulduz” stansiyasında bir qadının çantasından cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əzimov saxlanılıb 06.05.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 4 evdən oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini X.Əliyev saxlanılıb 06.05.2023
  • Pirallahı qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri E.Cavadov və S.Abdullayev saxlanılıblar 06.05.2023
  • Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə və 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini N.Cavadov saxlanılıb 06.05.2023
  • Sabirabad rayonunun Suqovuşan kənd sakini E.Fərəcovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.05.2023
  • Saatlı rayonunun Dəllər kənd sakini Y.Əmiraslanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.05.2023
  • Samux şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 06.05.2023