DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Samux şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2023

Mayın 6-da saat 23 radələrində Samux şəhəri ərazisində rayon sakini Z.Nəbiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili işıq dirəyinə, sonradan yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə vurub. Nəticədə “VAZ-21074” markalı avtomobildə olan E.Əsgərov hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Samux Rayon Polis Şöbəsində araşdırma aparılır. 

06.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 06.05.2023
  • Abşeron rayonunun Novxanı qəsəbəsindəki evlərin birində həyat yoldaşı T.Gündüzü münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən M.Gündüz tutularaq istintaqa təhvil verilib 06.05.2023
  • Metronun “Ulduz” stansiyasında bir qadının çantasından cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əzimov saxlanılıb 06.05.2023
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 4 evdən oğurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini X.Əliyev saxlanılıb 06.05.2023
  • Pirallahı qəsəbəsi ərazisində bir qadına qarşı soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri E.Cavadov və S.Abdullayev saxlanılıblar 06.05.2023
  • Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə və 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini N.Cavadov saxlanılıb 06.05.2023
  • Sabirabad rayonunun Suqovuşan kənd sakini E.Fərəcovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.05.2023
  • Saatlı rayonunun Dəllər kənd sakini Y.Əmiraslanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 06.05.2023
  • Samux şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 06.05.2023