Beyləqan rayonunun Eyvazlılar kəndi ərazisindəki bazarda pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini N.Bəkirov saxlanılıb
10.03.2023Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Eyvazlılar kəndi ərazisində yerləşən mal-qara bazarında Ağcabədi rayon sakini R.Kərimovun 2589 manat pulunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.