Mağazadakı seyfdən 4500 manat oğuramaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb
08.03.2023Martın 8-nə keçən gecə Gəncə şəhəri ərazisində ticarət mərkəzlərinin birində yerləşən mağazadakı seyfdən 4500 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini A.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.