DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərində son 15 gündə silsilə oğurluqlar edən 8 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb

03.12.2022

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar. Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.
Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar. 
Aşkat edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

03.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 03.12.2022
  • Oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini N.Ağamaliyev müəyyən olunaraq saxlanılıb 03.12.2022
  • Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini N.Əbdürahibov müəyyən olunaraq saxlanılıb 03.12.2022
  • Motosklet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Əligülzadə və Masallı rayon sakini Ü.Hüseynzadə müəyyən olunaraq saxlanılıblar 03.12.2022
  • Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Seyidzadə müəyyən olunaraq saxlanılıb 03.12.2022
  • Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakinləri N.Şirinov və Ə.Əliyev saxlanılıblar 03.12.2022
  • Daşkəsən rayonunun Bayan kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.12.2022
  • Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.12.2022
  • Göyçay rayonunun Bığır kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.12.2022
  • Sumqayıt şəhərində son 15 gündə silsilə oğurluqlar edən 8 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb 03.12.2022