DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub

02.12.2022

Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

02.12.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub 02.12.2022
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini T.Əliyev saxlanılıb 02.12.2022
  • Səbail rayonunun Nizami küçəsində bir avtomobilin şüşəsini sındıraraq içərisindəki cüzdanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Varotnikov saxlanılıb 02.12.2022
  • Sabunçu rayonu ərazisindəki evlərin birindən pul və təmir-tikinti alətini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 02.12.2022
  • Xətai rayonu ərazisindəki köşklərin birindən 700 manat pulu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb 02.12.2022
  • Bərdə şəhəri ərazisində “Mazda” markalı avtomobillə şəhər sakini R.Gülməmmədova vurulub 02.12.2022
  • Suraxanı rayonunda narkotik vasitələr qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb 02.12.2022