Xətai rayonundakı M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi
24.05.2008Saat 22.00 radələrində Xətai rayonundakı M.Hadi küçəsində Hövsan qəsəbə sakini Faiq Ağayev "Mercedes" markalı avtomaşını idarə edərkən 45-50 yaşlı kişini vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.