DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
24.05.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi və Sabunçu RPİ əməkdaşları Bakı şəhər sakini Elşən Quliyevdən 0,269 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşları Bakıxanov qəsəbə sakini Vüqar Hacıyevdən 0,257 qram heroin, 14-cü PB əməkdaşları Bilgəh qəsəbə sakini Fikrət Əliyevdən 0,219 qram heroin, Yasamal RPİ 29-cu PB əməkdaşları Göyçay rayon sakini Mikayıl Həmidovdan 0,271 qram heroin, Suraxanı RPİ 31-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Cəniyevdən 0,259 qram heroin, İsmayıllı RPŞ əməkdaşları narkotik vasitə ilə tutulmuş Basqal kənd sakini Elnur Əhmədovun evinə baxış zamanı 123 qram marixuana, Hacıqabul RPŞ əməkdaşları rayon sakini Məhəmməd Əzizovdan 1,023 qram heroin götürmüşlər. Nəsimi RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Əlibəy Məmmədovla görüşə gəlmiş Bakı şəhər sakini Murad Məmmədovun gətirdiyi sovqata baxış zamanı 4,8 qram heroin aşkar edilərək götürülmüşdür.