DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Türkan qəsəbə sakini Rüstəm Bayramovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərdən Bərdə rayon sakini Rəşad Kərimov saxlanılmışdır

25.07.2022

Polis və prokurorluq orqanları əməkdaşlarının əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən növbəti ağır cinayətin üstü açılıb.  
Belə ki, 2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb. 
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib. 
R.Feyziyev və T.Ələkbərov isə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.   

25.07.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin edilmişdir 25.07.2022
  • Münaqişəsi zəminində qaynanasına, həyat yoldaşı Ülviyyəyə, baldızı Röyaya və qaynı Elçinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini N.Qədirov tutularaq istintaqa təhvil verilib 25.07.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb 25.07.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb 25.07.2022
  • Evlərin birindən 5000 manat dəyərində qızıl-znət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini İ.Süleymanov saxlanılıb 25.07.2022
  • Abşeron rayon sakini E.Zamanov yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb 25.07.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Hacıyev saxlanılıb 25.07.2022
  • Quldurluqu etməkdə şübhəli bilinən Sumqayıt sakinləri S.Muradov və N.Babayev saxlanılıblar 25.07.2022
  • Avtomobilə atəş açmaqda şübhəli bilinən Tərtər rayonunun Əksipara kənd sakini R.Ağayev müəyyən edilərək saxlanılıb 25.07.2022
  • Ağcabədi rayon sakini A.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 25.07.2022
  • Xaçmaz rayonunun Ukur-oba kəndi ərazisində yol-nəqliyyat hadisəsi 25.07.2022
  • Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 25.07.2022
  • Türkan qəsəbə sakini Rüstəm Bayramovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərdən Bərdə rayon sakini Rəşad Kərimov saxlanılmışdır 25.07.2022