Üç avtomobildən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Teymurov müəyyən edilərək saxlanılıb
22.06.2022Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayonun Ş.Qurbanov, C.Cabbarlı və İzmir küçələrində “Mercedes”, “Toyota” və “Chery” markalı üç avtomobildən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Teymurov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.