DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb

23.06.2022

Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.
Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

23.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Xırdalan şəhərində özünü kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb 23.06.2022
  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin açılması təmin olunub 23.06.2022
  • Qaradağ rayonu ərazisində yerləşən tikinti materialları satış mərkəzindəki anbarların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq Rayon Polis İdarəsinə təhvil veriliblər 23.06.2022
  • Suraxanı rayonunun Əmircan qəsəbə sakini Z.Xeyrullayevin evindən 1 kiloqramdan artıq heroin və elektron tərəzi götürülüb 23.06.2022
  • Qusar rayonunun Samur qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Q.Rəhimov saxlanılıb 23.06.2022
  • Naxçıvan şəhər sakini İ.Seyidova məxsus avtomobildən 3 kiloqram 110 qram tiryək aşkar edilərək götürülüb 23.06.2022
  • Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini N.Əkbərovun həyətindən 66 ədəd çətənə kolu götürülüb 23.06.2022
  • Ağcabədi şəhər sakini E.Mustafayevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb 23.06.2022
  • Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 4 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib 23.06.2022
  • Zaqatala rayonunun 3-cü Tala kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib 23.06.2022
  • Quba şəhərində “VAZ-21099” markalı avtomobillə şəhər sakini V.Babayeva vurulub 23.06.2022
  • Su polisləri tərəfindən körpə balıqları qanunsuz olaraq ovlayan şəxslərə qarşı uğurlu tədbir keçirilib 23.06.2022
  • Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb 23.06.2022