Sumqayıt şəhər sakini Tahir Mehdiyevi balta ilə qətlə yetirmiş Emil Qəmbərov tutulmuşdur
15.05.2008Ayın 15-nə keçən gecə Sumqayıt şəhərindəki 26-cı Məhəllənin ərazisindəki bağlar sahəsində yaşayanlar Emil Qəmbərov və anası Nadejda şübhəli şəxs qismində ŞPİ-yə gətirilmişlər. E.Qəmbərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2007-ci il aprelin 3-nə keçən gecə qısqanclıq zəminində həmyerlisi Tahir Mehdiyevi balta ilə qətlə yetirməsi və yaşadığı evin həyətində basdırması müəyyən edilmişdir. T.Mehdiyevin meyiti eksqumasiya edilmişdir.