Nəsimi rayonundakı H.B.Əliyev küçəsindəki zərgərlik emalatxanasında yanğın baş vermişdir
15.05.2008Saat 12.30 radələrində Nəsimi rayonundakı H.B.Əliyev küçəsindəki zərgərlik emalatxanasında spirt lampası partlamış və yanğın baş vermişdir. Nəticədə orada işləyənlər, Siyəzən rayon sakini Zəfər Məmmədov və Xırdalan şəhər sakini Elçin Tağıyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.