DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

13.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Davud Səlimovdan 0,031 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşları Bakı şəhər sakini Elşən Süleymanovdan 1,063 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Cəlilovdan 1,162 qram heroin, Sabunçu RPİ əməkdaşları Bakı şəhər sakini Cavid Məmmədovdan 6,13 qram marixuana, Nizami RPİ əməkadşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Məmmədovdan 0,233 qram heroin, İlqar Yunusovdan 0,281 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşları Şirvan şəhər sakini Elxan Hacıyevdən 0,269 qram heroin, 35-ci PB əməkdaşları Bakı şəhər sakini Ağalar Səfərovdan 0, 221 qram heroin götürmüşlər. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbə sakini Elşad Novrzuzovdan 1,065 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış həmyerlisi Nail Nəcəfov tutulmuş, ondan 1,049 qram heroin götürülmüşdür.