Sumqayıt şəhər sakini Fəyyaz Səlimovun bacısı Arzunu qısqanclıq zəminində qətlə yetirməsi müəyyən olunmuşdur
09.05.2008Sumqayıt şəhər sakini Fəyyaz Səlimov barəsində 2005-ci il martın 9-da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilmişdir. Belə ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, F.Səlimov bacısı Arzunu qısqanclıq zəminində qətlə yetirmişdir.