Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.04.2008Aprelin 29-da saat 04.50 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində, Şəki şəhər sakini Elxan Məcidzadənin idarə etdiyi "Kamaz" markalı və "Daewoo" markalı avtomaşınlar toqquşmuş, "Daewoo" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə "Daewoo" markalı avtomaşında olan 2 nəfər (şəxsiyyəti müəyyənləşdirilir) ölmüş, avtomaşının yanar konstruksiyaları yanmış, habelə xəsarət almış E.Məcidzadə isə xəstəxanaya yerləşdirilmişdir. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.