Gəncə şəhərindəki Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.04.2008Saat 17.00 radələrində Gəncə şəhərindəki Yeni Gəncə qəsəbəsində, şəhər sakini Elməddin Əliynv "VAZ-2102" markalı avtomaşını idarə edərkən həmyerliləri Elmir Bayramovu, Könül Bayramovanı və onun bacısı Xatirəni vurmuşdur. Nəticədə xəsarət almış E.Əliyev, E.Bayramov, K.Bayramova və bacısı Xatirə xəstəxanaya yerləşdirilmişlər. Nizami (Gəncə) RPŞ tərəfindən araşdırmalar aparılır.