Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.04.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Əbdülrəhim Əzimovdan 2,285 qram heroin və 1 ədəd şpris, Əzizbəyov RPİ əməkdaşları Şağan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zəfər Behbudovdan 5,131 qram heroin, Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini Mahir Axundovdan 0,209 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Sarıyevdən 0,027 qram heroin, Gəncə ŞPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Mirzəyevdən 0,219 qram heroin götürmüşlər. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Böyükbəhmənli kənd sakini Etibar Ələkbərovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı 252 qram heroin aşkar edilərək götürülmüşdür.