DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
06.04.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əlişöhrət Qasımovdan 0,309 qram heroin, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşları Anar Ərəbovdan 0,404 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Elman Babayevdən 230,188 qram marixuana, Suraxanı RPİ 31-ci PB əməkdaşları Yeni Suraxanı qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Arif Rzayevdən 0,476 qram, Taleh Soltanovdan 1,425 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini Elşən Süleymanovdan 0,211 qram heroin götürmüşlər. Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Rzayevdən 0,263 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış həmyerlisi Şəfa Nəsirov tutulmuş, onun evinə baxış zamanı 1,138 qram heroin götürülmüşdür. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Quliyevə narkotik vasitə satmış rayon sakini Dəyanət Sadıqov tutulmuş, ondan 2 qram heroin götürülmüşdür. D.Sadıqova narkotik vasitəni satmış həmyerlisi Cavid Əsgərov tutulmuş, ondan 1,251 qram heroin götürülmüşdür.