Məzahir Əliyevə məxsus bağ evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
31.03.2008Saat 10.05 radələrində Sumqayıt şəhərindəki "Qurd Dərəsi" adlanan bağlar sahəsində şəhər sakini Məzahir Əliyevə məxsus 2 otaqlı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə evin pəncərə şüşələri sınmış, orada yaşayanlar, Tərtər rayon sakinləri Feyruz Vəliyev, arvadı Samirə, qızı Aydan və oğlu Fərid xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.