Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

31.03.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Eldar Ağayevdən 110 qram marixuana, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakinləri Sabir Əliyevdən 0,336 qram, Camiddin Babayevdən 0,207 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Əliyevdən 0,279 qram heroin, Nəsimi RPİ əməkdaşları Qazax rayon sakini Adil Musayevdən 0,219 qram heroin, Xızı RPŞ əməkdaşları Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Novruzovdan 0,274 qram heroin, Dəvəçi RPŞ əməkdaşları rayon sakini Telman Dəmirovdan 1,5 qram heroin, evinə baxış zamanı 1 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Bakı şəhər sakini Azər Məmmədovdan 0,219 qram heroin, Sumqayıt şəhər sakini Eldəniz Qarayevdən 0,475 qram heroin götürmüşlər, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Könül Qəhrəmanova 0,225 qram heroini satarkən tutulmuşdur. K.Qəhrəmanovaya narkotik vasitəni satmış həmyerliləri Rəvan İbrahimov və Səməndər Caniyev tutulmuşlar, Xaçmaz RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ramazan Kərimovun narkotik vasitəni Dəvəçi rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Quliyevdən alması müəyyən edilmişdir. E.Quliyev tutulmuş, ondan 0,227 qram heroin götürülmüşdür.