DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
29.03.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Bəndəliyevdən 1,124 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Hacıqabul rayon sakini Qoçəli Gülməmmədovdan 1,38 qram həşiş, Abşeron RPŞ əməkdaşları Kürdəmir rayon sakini Vüqar Atakişiyevdən 0,308 qram heroin götürmüşlər. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini İltizam Ataşovun evinə baxış zamanı 2,5 qram heroin, 9,1 qram tiryək, 1 ədəd nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd süngü-bıçaq, 50 ədəd patron, 3 ədəd ov bıçağı və digər sursatlar aşkar edilərək götürülmüşdür.