Gün ərzində 22 cinayət faktı qeydə alınmışdır
28.03.2008- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 22 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i «isti izlər»lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər yaralanmışdır. - 1 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 16 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 43 nəfər tutulmuşdur.