Bakı şəhər sakini Heyran Şəfiyeva dələduzluq etdiyi üçün tutulmuşdur
23.03.20082008-ci ilin mart ayı ərzində özünü "ANS" şirkətlər qrupunun müxbiri Aydan Nuriyeva kimi təqdim etmiş Bakı şəhər sakini Heyran Şəfiyeva Qusar rayon sakini Faya Həmzətova, Şamaxı rayon sakinləri Valeh Mirzə və Şərafət Paşazədənin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 800 dollar, 100 manat, 400 manat, 1750 manat və 100 dollar pullarını almışdır. H.Şəfiyeva tutulmuşdur.