Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Odlu silahdan atəş açmış bir qrup Ağcabədi sakinləri barəsində axtarış elan edilmişdir

11.03.2008

Saat 15.00 radələrində Ağcabədi rayonu Aşağı Avşar kəndinin yaxınlığındakı "Baba" yeməkxanasında kənd sakinləri Ənvər Həsənov, Elxan Əsgərov, Avşar kənd sakinləri Xalid Məmmədov, Umudvar Hüseynov və qardaşı Etibar sərxoş halda ictimai qaydanı pozduqlarına görə oranın sahibləri, Şahmurad və Edilxan Əzizov qardaşları tərəfindən yeməkxanadan çıxarılmışlar. Hadisədən qəzəblənən Ə.Həsənov, E.Əsgərov, X.Məmmədov, U Hüseynov və qardaşı Etibar saat 20.00 radələrində yeməkxanaya qayıdıb avtomat silahdan oranı atəşə tutmuşlar. Nəticədə yeməkxanada olan Ağdam rayon sakini Etiram Hüseynov ayğından güllə yarası almışdır. Əzizov qardaşlarını yeməkxanada tapmayan U.Hüseynov və digərləri Şahmuradın atası Şahmarın həyətinə gəlib evi avtomat silaşdan atəşə tutmuşlar. Bununla əlaqədar hadisə yerinə əməliyyat qrupu getmiş və bu zaman U.Hüseynov və digərləri polis əməkdaşlarına tabeçilik göstərməmiş onlara xəsarət yetirərək "VAZ-2106" və "VAZ-21011" markalı avtomaşınlarda hadisə yerindən getmişlər. faktla bağlı cinayət işi başlanmışdır, Ağcabədi RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.