Oğuz rayonunun Qumlaq kəndində yol-nəqliyyat hadisəsi
11.03.2008Saat 18.35 radələrində Oğuz rayonunun Qumlaq kəndində, kənd sakini Elvin Şirinovun idarə etdiyi "QAZ-53" markalı və Müşfiq Vəliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Vəliyev orada ölmüşdür. Oğuz RPŞ tərəfindən araşdırmalar aparılır.