Lənkəran şəhərinin Girdəni kəndində yol-nəqliyyat hadisəsi
10.03.2008Saat 11.30 radələrində Lənkəran şəhərinin Girdəni kəndində, şəhər sakini Fərasət Kazımovun idarə etdiyi "Qazel" markalı və Xarxatan kənd sakini Əhməd Babayevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.Babayev hadisə yerində ölmüşdür. Lənkəran ŞRPŞ tərəfindən araşdırmalar aparılır.