Ağstafa-Böyük-Kəsik elektrik qatarının 1-ci vaqonunda yanğın baş vermişdir
10.03.2008Saat 18.25 radələrində Dəllər Dəmir Yolu Stansiyasının ərazisində Ağstafa-Böyük-Kəsik elektrik qatarının 1-ci vaqonunda yanğın baş vermişdir. Nəticədə bütövlükdə vaqonun yanar konstruksiyaları yanmış, xəsarət alan olmamışdır. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.