Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi
03.03.2008Martın 4-də saat 01.00 radələrində Şəmkir rayonunda, rayon sakini Mübariz Kərimov "VAZ-2102" markalı avtomaşını idarə edərkən həmyerlisi Bəxtiyar Rəsulovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Rəsulov orada ölmüşdür. Şəmkir RPŞ tərəfindən araşdırmalar aparılır.