Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 28 cinayət faktı qeydə alınmışdır

02.09.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.