DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
27.02.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ əməkdaşları daimi yaşayış yeri olmayan, əvvəllər məhkum olunmuş Yevgeni Marayevdən 719,64 qram həşiş, Suraxanı RPİ 30-cu PB əməkdaşları Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məlikovdan 0,229 qram heroin götürmüşlər, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Mustafayevə narkotik vasitə satmış Elçin Abıyev tutulmuş, ondan 0,09 qram heroin götürülmüşdür, Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Dadaş Əkbərov 0,075 qram heroini satarkən tutulmuşdur.