Maştağa qəsəbə sakini Ramiz Həsənovun evində məişətdə istifadə olunan qaz balonunun nasazlığından yanğına keçən partlayış baş vermişdir
02.02.2008Saat 13.45 radələrində Maştağa qəsəbəsində, qəsəbə sakini Ramiz Həsənovun evində məişətdə istifadə olunan qaz balonunun nasazlığından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət almış R.Həsənov, arvadı Xədicə və oğlu Rəhman xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.