Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi
01.02.2008Saat 12.00 radələrində Gədəbəy rayonunun Zəhmət kəndində rayon sakini Elturan Ələkbərli "Mercedes" markalı avtomaşını idarə edərkən kənd sakinləri Təhminə Bayramova və Ülvin Aslanovu vurmuşdur. Nəticədə xəsarət almış T.Bayramova və Ü.Aslanov xəstəxanaya yerləşdirilmişlər. T.Bayramova orada ölmüş, Ü.Aslanova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Gədəbəy RPŞ tərəfindən araşdırmalar aparılır.