Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

19.12.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri Malik Haqverdiyevdən 7,74 qram, Yaşar Həsənovdan isə 5,097 qram tiryək, Əzizbəyov RPİ 2-ci PB əməkdaşları oğurluq etdiyinə görə tutulmuş E.Nəbiyevdən 0,167 qram heroin, Xızı RPŞ əməkdaşları Sitalçay kənd sakini Tağı Qasımovdan 7,66 qram marixuana götürmüşlər. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Səfərovdan 0,527 qram heroin götürülmüşdür. S.Cəfərova narkotik vasitəni satmış Böyük Şor qəsəbə sakini Mahir Rüstəmov tutulmuş, ondan 0,589 qram heroin götürülmüşdür.