Beyləqan rayon sakini Namiq Quliyevdən və narkotik vasitəni ona satmış bir qrup xarici ölkə vətəndaşlarından birgə 5 kiloqramdan çox heroin aşkar edilmərək götürülmüşdür
10.12.2007Dekabrın 5-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı-Moskva-Şanxay reysinin sərnişini, Beyləqan rayon sakini Namiq Quliyevin çantasına baxış keçirilmiş və 2 kiloqram 623 qram heroin aşkar edilərək götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyevə narkotik vasitənin Bakı şəhərində kirayədə yaşayan Kamerun vətəndaşı Ncufena Niya Daniel və Nigeriya vətəndaşı Ucefena Emekan tərəfindən verilməsi müəyyən edilmişdir. Həmin mənzilə baxış zamanı 2 kiloqram 490 qram heroin aşkar edilərək götürülmüşdür. Habelə cinayətin digər iştirakçıları Gəncə şəhər sakini Ziyafət Fərəcova saxlanılmış, Bakı şəhərində kirayədə yaşayan Mali Respublikası vətəndaşları Aminati Sanqareni, Suleyman Sako Alkunvatani, Nigeriya vətəndaşı Nkem David Pedro və Qana vətəndaşı Lloid Mensahi tutulmuşdur. Həmin mənzilə də baxış zamanı 10 qram heroin aşkar edilərək götürülmüşdür.