Cəlil Cabbarovdan 50.000 dollar pul tələb etmiş Xəyyam Hüseynov tutulmuşdur
10.12.2007Dekabrın 4-də Əzizbəyov rayonundakı Hövsan Südçülük Sovxozunun ərazisində yaşayan Xəyyam Hüseynov həmyerlisi İsa Məmmədov vasitəsilə sovxozun sahə müdiri Cəlil Cabbarovdan 50.000 dollar pul verməsini tələb etmişdir. Dekabrın 10-da X.Hüseynov İ.Məmmədovla birgə C.Cabbarova məxsus "Ay işığı" kafesinə gəlmişlər. Orada olarkən X.Hüseynov xuliqanlıq zəminində odlu silahdan atəş açaraq kafenin pəncərə şüşələrini sındırmış və hadisə yerindən getmişdir. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Hüseynov sovxozun ərazisindəki dülgər sexində yaxalanarkən 2-ci PB-nin əməliyyat müvəkkili Ramiz Mehdiyev istiqamətində odlu silahdan atəş açmış, xəsarət alan olmamışdır. Görülmüş tədbirlər nəticəsində X.Hüseynov tutulmuş, ondan 1 ədəd "Baykal" tipli tapança və 2 ədəd bıçaq götürülmüşdür.