Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlil Cabbarovdan 50.000 dollar pul tələb etmiş Xəyyam Hüseynov tutulmuşdur

10.12.2007

Dekabrın 4-də Əzizbəyov rayonundakı Hövsan Südçülük Sovxozunun ərazisində yaşayan Xəyyam Hüseynov həmyerlisi İsa Məmmədov vasitəsilə sovxozun sahə müdiri Cəlil Cabbarovdan 50.000 dollar pul verməsini tələb etmişdir. Dekabrın 10-da X.Hüseynov İ.Məmmədovla birgə C.Cabbarova məxsus "Ay işığı" kafesinə gəlmişlər. Orada olarkən X.Hüseynov xuliqanlıq zəminində odlu silahdan atəş açaraq kafenin pəncərə şüşələrini sındırmış və hadisə yerindən getmişdir. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Hüseynov sovxozun ərazisindəki dülgər sexində yaxalanarkən 2-ci PB-nin əməliyyat müvəkkili Ramiz Mehdiyev istiqamətində odlu silahdan atəş açmış, xəsarət alan olmamışdır. Görülmüş tədbirlər nəticəsində X.Hüseynov tutulmuş, ondan 1 ədəd "Baykal" tipli tapança və 2 ədəd bıçaq götürülmüşdür.