Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu dairəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi

07.12.2007

Saat 18.55 radələrində Sabunçu dairəsinin yaxınlığında Bakı şəhər sakinləri Pərviz Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı, Polad Mirzəyevin idarə etdiyi "VAZ-2106" markalı, Cavid Aslanovun idarə etdiyi "MerCedes" markalı, Natiq Hüseynovun idarə etdiyi "Reno" markalı və Eltac Nuriyevin idarə etdiyi "Tofaş" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə P.Məmmədov və sərnişinlərindən, Bakı şəhər sakini Cəfər Zülfüqarov hadisə yerində ölmüş, xəsarət almış P.Mirzəyev, N.Hüseynov və digər sərnişinlər, Bakı şəhər sakinləri Adil Yusifov, Emin Əsgərov, Elçin Fərzəliyev, Sevinc Muradova və onun oğlu, Böyük Britaniya vətəndaşı Cerlip Slip Cerlat isə xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.