Cəlilabad rayonunun Göytəpə şəhərində yol-nəqliyyat hadisəsi
30.11.2007Saat 12.00 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində, şəhər sakini Əhməd Ağazadə "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Sonradan avtomaşında yanğın baş vermişdir. Nəticədə Ə.Ağazadə və sərnişini, Göytəpə şəhər sakinləri Gülnaz Ağayeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri İntizar Ağayeva və Sevanə Ağazadə isə xəstəxanaya yerləşdirilmişlər. İ.Ağayeva orada ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.