H.Seyidbəyli küçəsindəki avtodayanacağın gözətçisi Vladimir Dmitriyevi qətlə yetirilmiş Xırdalan şəhər sakini İqor Qulamov tutulmuşdur
30.11.2007Noyabrın 20-də Səbail rayonundakı H.Seyidbəyli küçəsindəki avtodayanacaqda, oranın gözətçisi Vladimir Dmitriyevin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Dmitriyevin Xırdalan şəhər sakini İqor Qulamov tərəfindən qətlə yetirilməsi müəyyən edilmiş və o, tutulmuşdur.