Göygöl - Gəncə yolunun 36-cı km-də yol-qəza hadisəsi
12.08.2005Saat 23.55 radələrində, Göy Göl - Gəncə yolunun 36-cı km-də, Xanlar şəhəri ərazisində, Gəncə şəhər sakini Akif Ələsgərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə, sərnişinlər, Arif Vəliyev, Elşən Şükürov və 30-35 yaşlı qadın ölmüş, A.Ələsgərov və digər sərnişini, Adil Aslanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta ağırdır.