Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır
03.08.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 19-u "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Bu hadisələr zamanı təlafat və zərərçəkən olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.