Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba şəhərində yol-qəza hadisəsi

02.08.2005

Saat 06.00 radələrində Quba şəhərində, 2-ci Nüğədi kənd sakini, 1949-cu il təvəllüdlü Seyidbaba Camalağa oğlu Bayraməliyev "VAZ-2101" markalı Az 27 BC 186 №-li avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, S.Bayraməliyev hadisə yerində ölmüşdür. Quba RPŞ tərəfindən araşdırmalar aparılır. Saat 19.00 radələrində Quba şəhərində, Qırmızı qəsəbədə, Alpan kənd sakini, 1975-ci il təv. Zöhrab Alik oğlu Babayev "VAZ-21074" markalı Az 10 NA 029 №-li avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, Z.Babayev xəsarətlə xəstəxanaya yerləşdirilmiş, sərnişini, Alpan kənd sakini, 1974-cü il təvəllüdlü Müşfiq Əlövsət oğlu Qəribov isə hadisə yerində ölmüşdür. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.

02.08.2005 tarixinə olan kriminal məlumatlar