Abşeron rayonundakı 28 May qəsəbəsində yol-nəqliyyat hadisəsi
23.10.2007Saat 11.45 radələrində Abşeron rayonundakı 28 May qəsəbəsində "Toyota-Prado" markalı avtomaşınla (sürücü hadisə yerindən qaçmışdır) qəsəbə sakini 4 yaşlı Nigar Yəhyayeva vurulmuşdur. Nəticədə N.Yəhyayeva hadisə yerində ölmüşdür. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Müşfiq qəsəbə sakini Samir Qəhrəmanov tutulmuşdur. Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.