Mingəçevir şəhərindəki Naxçıvan küçəsində yol-nəqliyyat hadisəsi
23.10.2007Saat 17.00 radələrində Mingəçevir şəhərindəki Naxçıvan küçəsində şəhər sakinləri Anar Məmmədovun idarə etdiyi "Mazda" markalı və Etibar Rəsulovun idarə etdiyi "Qazel" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Məmmədov və onun sərnişini, 3 yaşlı Ağamir Məmmədov xəstəxanaya yerləşdirilmişlər. Ağamir Məmmədov orada ölmüşdür. Mingəçevir ŞPŞ tərəfindən araşdırmalar aparılır.