Avtomaşın qaçırmış Binə qəsəbə sakini Rövşən Heydərov tutulmuşdur
23.10.2007Oktyabrın 23-nə keçən gecə Binə qəsəbəsindəki Südçülük sovxozunun ərazisində yaşayan Samir Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşın evinin qarşısından qaçırılmışdır. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Binə qəsəbə sakini Rövşən Heydərov tutulmuşdur.