Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.10.2007

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə axtarışda olan 1966-cı il təvəllüdlü Rafiq Musayev tutulmuşdur. Ondan 2,4 qram heroin götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Orucovdan 0,283 qram, Ramin Qurbanovdan 0,239 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Vəliyevdən 0,322 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini İlqar Xanməmmədovdan 1,984 qram heroin götürmüşlər.